Qatarların hərəkəti dayandı
Tehranda metro tuneli çökdü

Tehran metrosu 3 nömrəli xəttinin keçdiyi ərazidə, Mövləvi və Vəliəsr prospektlərinin kəsişməsində torpağın çökməsi nəticəsində tunelin üst qatı zədələnmişdir. Buna görə də qatarların hərəkəti dayandırılıb.

Rəsmi təsdiqini tapmamış məlumata görə, torpağın çökməsi su sızması və yaxud qrunt sularının toplanması nəticəsində baş verib. Hazırda metro tunelində xilasedici və təmir-bərpa briqadaları çalışır. Təmir-bərpa işlərinin nə vaxt başa çatacağı barədə informasiya verilmir. Hadisə nəticəsində üç nəfərin həlak olması barədə yayılan məlumatlar nə təsdiq, nə də inkar edilib.

Xatırladaq ki, Tehran metrosunun bu xəttində torpağın çökməsi tez-tez müşahidə olunur.

Sabir Şahtaxtı

Bütün xəbərlər Facebook səhifəmizdə