“Altılıq” ölkələri birgə bəyanatla çıxış ediblər

“Altılıq” ölkələri birgə bəyanatla çıxış ediblər

İranın nüvə proqramı ilə bağlı "Altılıq" ölkələri birgə bəyanatla çıxış ediblər. SİA-nın İran xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilər ki, "altılıq" ölkələri İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin diplomatik yollarla həlli üzərində israrlıdır.

Qeyd edək ki, bəyanatda həmçinin Qazaxıstanın Almatı şəhərində İranla "altılıq" ölkələri arasında keçirilmiş müzakirələr müsbət qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə