Venesuela tarixində yeni fəsil başlayır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Venesuela Prezidenti Uqo Çavesin ölümünə münasibət bildirərkən deyib.
B.Obama bildirib ki, Venesuela tarixində yeni fəsil başladığına görə, ABŞ demokratik prinsiplərin, qanunun aliliyin və insan hüquqlarına hörmətin irəliləyişinə sadiq olduğunu bir daha təsdiqləyir: "Prezident Uqo Çavesin ölümü ilə əlaqədar bu ağır vaxtda ABŞ Venesuela xalqına öz dəstəyini təsdiqləyir. Vaşinqton Venesuela hökuməti ilə konstruktiv münasibətlərin olmasında maraqlıdır.
Maraqlıdır ki, Barak Obamanın nitqində Uqo Çavesin ölümü ilə bağlı başsağlığı ifadə olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB