Bidzina İvanişvili: "Öncə Saakaşvilini yola salacam"

Bidzina İvanişvili: "Öncə Saakaşvilini yola salacam"

"Öncə Saakaşvilini yola salacam, sonra isə özüm siyasətdən gedəcəm". SİA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, Gürcüstanın baş naziri Bidzina İvanişvili "İmedi" telekanalına müsahibəsində belə deyib. O bidirib ki, özünü dövlətə lazımlı hiss edəcəyi ana qədər vəzifəsindən əl çəkməyəcək: "Mən bəyan etmişdim və bir daha bəyan edirəm ki, nə qədər ki qüvvəm olacaq, o vaxtadək ölkənin xidmətində duracam. Siyasətdən getsəm də, ölkəni tərk etməyəcəm".

Bidzina deyib ki, Saakaşvili hakimiyyətdə olduğu müddətdə siyasəti tərk etmək fikri yoxdur: "Nə vaxtadək Saakaşvili olacaqsa, o vaxtadək harasa getmək niyyətim yoxdur. Mən bu fikrimi ona da demişəm - əvvəlcə oktyabrda özün gedəcəksən, sonra isə sənin dalınca mən gedəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə