İsrail hövsələdən çıxdı

Baş nazir Ərdoğanın "sionizm" ilə əlaqədar ifadələri İsraili pis hirsləndirdi

Baş nazir Rəcəb Tayyib Ərdoğanın Viyanadaki çıxışında sionizmi "insanlığa qarşı cinayət" olaraq xarakterizə etməsini İsrailin reaksiyası artaraq davam edir. Son olaraq Jerusalem Post qəzeti köşə yazarlarından Michael Freund, "Türkiyəyə bir dərs vermə zamanı gəlib" şəklindəki təhdid edici çıxışıyla Qərbi hərəkətə keçməyə çağırıb.

Eyni zamanda Netanyahunun sabiq məsləhətçilərindən olan Freund, köşəsində Baş nazir Ərdoğan üçün ağır ifadələr istifadə edərək həm Davosda yaşananları həm də Ərdoğanın "terrorçu dövlət" bənzətməsini xatırlatdı. "Ərdoğanın sözləri diplomatik iddiaları olan regional bir dövlətdən çox bir səmt kabadayısına yaraşır" deyən Freund, "NATO-nun üzvü və AB namizədi olaraq Türkiyənin açıq-aşkar, bu cür ayıb davranışlarına dözümlülük göstərməyəcək və göstərməməsi lazım olan Qərb tərəfindən bir dərs verilməyə ehtiyacı var" sözləri ilə həddi aşan bir açıqlamada verib. Müəllif, ABŞ Xarici işlər Naziri John Kerrinin Ankarada dilə gətirdiyi "eyni fikirdə deyilik" reaksiyasında qeyri-kafi adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə