Konqonun şərqində yerləşən Qoma şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb. SİA türk mətbuatına istinadən xəbər verir ki, CAA aviaşirkətinə aid "Fokker 50" təyyarəsinin daşıdığı 50 nəfərdən yalnız 3 nəfər xəsarət alaraq sağ qalıb. Digər 47 nəfər isə həyatını itirib.
Qeyd edək ki, təyyarə ölkənin mərkəzindəki Loca şəhərindən şərqdəki Qoma şəhərinə uçurmuş. Hava limanına çatmamış təyyarə şəhərə düşərək yanıb. Hələlik qəzanın səbəbləri barədə məlumat yoxdur. Amma hadisə yerindən verilən məlumata görə, həmin vaxt ərazidə güclü yağış yağırmış.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB