"PKK terrorçularının bağışlanmasından söhbət gedə bilməz"

"PKK terrorçularının bağışlanmasından söhbət gedə bilməz"

"PKK terrorçularının bağışlanmasından söhbət gedə bilməz. Biz uşaq qatillərini əfv etmək niyyətində deyilik". Belə bəyanatla çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bir daha terrorçuların bağışlanmasını istisna edib. O, bildirib ki, kürd probleminin həlli istiqamətində başladılan proses terrorçuların sərbəst buraxılacağı anlamına gəlməməlidir.

"Siz şaiyələrə inanmayın. Nə qədər ki, rəhbərlik etdiyim partiya hakimiyyətdədır, amnistiyadan söhbət gedə bilməz". Qeyd edək ki, baş nazirin belə qəti bəyanatla çıxış etməsinə səbəb kürdlərin yaşadığı bölgələrdə terrorçuların ailələrinin övladlarının bağışlanacağını zənn edib müxtəlif şənliklər təşkil metməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə