Raffi Ovannisyan xalqa: "Mütləq qələbə qazanacağıq"

Raffi Ovannisyan xalqa: "Mütləq qələbə qazanacağıq"

Aprelin 9-da erməni xalqı qələbə qeyd edəcək. SİA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın İrs Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Raffi Ovannisyan tərəfdarları qarşısında çıxışı zamanı deyib. Ovannisyan qəti şəkildə bildirib ki, həyatı bahasına olsa da xalqın qazandığı qələbəni onlara ərməğan edəcək.

O, bildirib ki, Serj Sarkisyana, baş nazir Tiqran Sarkisyana və Azadlıq meydanında müxalifətin mitinq keçirməsinə icazə verən Taron Margaryana məktub yazmaq niyyətindədir. Ki, onlar da bütün xalq kimi meydanlara gəlsinlər və xalqa məğlub olduqlarını etiraf etsinlər.

İrs Partiyasının sədri bildirib ki, martın 5-də nəinki İrəvanda, o cümlədən ABŞ-ın Los Anseles və digər şəhərlərində də mitinqlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə