Suriya prezidenti 2014-cü il seçkilərində iştirak edəcək
Suriyada qan su yerinə axır. Hamı prezident Bəşər Əsədin istefa verəcəyini gözləsiyi bir vaxtda Dəməşqdən yeni xəbər alınıb. Məlum olub ki, Suriya prezidenti Bəşər Əsəd 2014-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək. Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi suriyalı həmkarı Valed əl-Muallemlə birgə keçirdiyi mətbuat konfrasında bildirib.
"Növbəti seçkiqabağı kampaniyada başqaları kimi Bəşər Əsəd də iştirak edəcək. Suriya xalqı istədiyi namizədi seçəcək",- deyə İran XİN rəhbəri bildirib.
Salehi qeyd edib ki, İranın Suriya məsəsləsində mövqeyi dəyişməz olaraq qalır: "Bəşər Əsəd 2014-cü il seçkilərinə qədər "dövlətin legetim rəhbəri" olaraq qalır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB