Rusiya-Gürcüstan danışıqlarının ikinci raundu

Rusiya-Gürcüstan danışıqlarının ikinci raundu

Rusiya və Gürcüstan arasında diplomatik danışıqların ikinci raundu keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Praqada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidzenin görüşü keçirilib.

Tərəflər aviadaşımaların intensivləşdirilməsi, ölkələr arasında quru və hava nəqliyyatının bərpa edilməsi məsələsini müzakirə ediblər. Humanitar əlaqələrin normallaşdırılması, xüsusilə mövcud viza rejiminin sadələşdirilməsi də əsas müzakirə mövzularından olub. Tərəflər həmçinin Soçidə keçirilən Qış Olimpiya Oyunları ilə bağlı məsələlərin iki ölkənin Milli Olimpiya Komitələri səviyyəsində müzakirə olunmasına dair razılıq əldə ediblər. Karasin və Abaşidze görüşün konstruktiv şəraitdə keçdiyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə