Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Vyanadan ölkəsinə qayıdarkən İmralıyla aparılan danışıqlar və rəsmi dövlət orqanlarında hicab sərbəstliyinin bərpa edilməsi ilə əlaqədar sualları cavablandırıb, - "haberturk".
"Hər şeyin yeri və zamanı var", - deyə Ərdoğan Konstitusiyaya dəyişiklik olmadan zaman və vəziyyətə görə hicab sərbəstliyi ilə bağlı bəzi problemlər olacağını bildirib.
"Hazırda hicablı bacılarımız banklarda işləyə bilir, Türk Hava Yollarında işləyə bilir. Bu dostlarımıza bir ümid verdik və davamı da gələcək. Bu, hər iş yerinə görə dəyişir. Hər şeyin yeri və zamanı var. 10 ildir ki, biz hakimiyyətə gəlmişik və 10 il içərisində "28 fevral"dan qalma çox şeylər dəyişib. Vaxtında diplomlarını ala bilməyənlər, aldılar. Lakin, iş məsələsində bəzi problemlər var. Onlar da yavaş-yavaş düzələcək. Özəl sektorda artıq hicablılar işləyə bilir. Bu məsələnin Konstitusiya ilə həll edilməli olduğunu hesab etmirəm. Buna gəlmədən də məsələ həll ola bilər. Burada zaman və vəziyyət çox önəmlidir", - deyə Ərdoğan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB