"İrs" partiyasının lideri, prezidentliyə sabiq namizəd Raffi Ovannisyan MSK-nı məhkəməyə verib. SİA-erməni mətbuatına istinadən xəbər verir ki, partiya lideri ölkədə keçirilən saxta seçkilərə qarşı aksiyalar keçirməklə bərabər Ermənistan İnzibati Məhkəməsində MSK əleyhinə iddia qaldırıb. Beləki, Raffi Ovannisyan iddiasında bildirib ki, Serj Sərkisyanla bağlı tələbin MSK tərəfindən rədd edilməsi qərarı qanunsuz hesab olunmalıdır.
Həmçinin Ovannisyan MSK-nın üzərinə prezidentliyə namizəd Serj Sərkisyanın seçkiqabağı xərclərini, həmçinin 1600 seçki qərargahının saxlanması və təbliğat materiallarının hazırlanmasının bazar qiymətləri ilə hesablamalı olduğunu dair öhdəlik qoyulmasını istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB