Amerika konqresmeni Xocalıya ədalət istədi

Amerika konqresmeni Xocalıya ədalət istədi

Amerikanın Nümayəndələr Palatasının Ohayo ştatından olan konqresmen Tim Rayan Xocalı soyqımı barədə bəyanat verib. SİA-nın məlumatına görə, bəyanatda bildirilir: "Mən 26 fevral 1992-ci ildə Azərbaycanın kiçik Xocalı şəhərində baş verən Xocalı soyqrımının beynəlxalq aləmdə tanınması üçün səy göstərən həmkarlarıma, insanlara qoşuluram. Təcavüz nəticəsində 613 azərbaycanlı qətlə yetirilib. Bu, Cənubi Qafqazın yeni tarixində törədilmiş ən dəhşətli hadisələrdən biridir. Ermənistan-Azərbaycan müharibəsi zamanı çoxsaylı itkilər və işgəncələr Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla deyil, siyasi yolla həllini şərtləndirir. Münaqişənin ədalətli və hamı tərəfindən qəbul olunan şərtlər çərçivəsində həlli regionda stabilliyin, inkişafın və sülhün qorunmasının yeganə təminatıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ hər iki tərəflə əməkdaşlıq edir. Biz Xocalı qətliamı zamanı həlak olmuş 613 nəfəri xatırlayır və kədərlənirik. İnsan hüquqlarının qorunmasının hamıya şamil edilməsi üçün birgə çalışırıq"

Bütün xəbərlər Facebook səhifəmizdə