Avropanın bir sıra ölkələrində at ətindən məhsulların satıldığı təstiqlənib. SİA-nın xəbərinə görə, İsveçin "İkea" şirkəti Avropanın bir sıra ölkələrində at ətindən olan ət məhsullarının satıldığını təstiq edib. At ətinin satıldığı ölkələr siyahısında Böyük Britaniya, Fransa, İtaliya, Niderland və digər ölkələrin adları yer alıb. Şirkətin nümayəndəsi həmin ölkələrdə ət məhsullarının satışını geri çağırdığını bəyan edib. Bununla belə, şirkət ət məhsullarının bütünlüklə geri çağırılmasına əsas olmadığını bildirib.
Qeyd edək ki, "İkea" iki həftə əvvəl ət məhsullarının yoxlanışını keçirsə də, at əti aşkar edilməmişdi. Amma ötən gün Çexiyada aparılan yoxlamalarda "Mal əti" və "Donuz əti" yazılan məmulatlarda at əti müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB