Rusiyada siqaret qadağası başladı

Rusiyada siqaret qadağası başladı

Ölkə əhalisinin hazırda 40 faizi siqaret istifadəçisi sayılır

Rusiyanın dövlət başçısı Vladimir Putin ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən yeni qanun layihəsini imzalayıb. Rusiya prezidenti tərəfindən qəbul olunan yeni qanun görə, bundan sonra vətəndaşlar restoran, uzun məsafəli qatarlar və binaların girişlərində siqaret çəkə bilməyəcəklər.

Qeyd edək ki, Kremlin siqaret qadağası ilə bağlı verdiyi qərar ölkədə tütün istifadəçilərinin sayının azaldılmasına hesablanıb. Rusiyada əhalinin hazırda 40 faizi siqaret istifadəçisi sayılır. Ölkədə bir çox yerlərdə siqaret çəkilməsinə tətbiq olunacaq qadağa isə 1 iyul tarixindən etibarən qüvvəyə minəcək. Bundan sonra qatar və metro stansiyalar, hava limanları, ofislər, parklar, dəniz kənarı və bir çox yerlərdə siqaret çəkmək rəsmən qadağan olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə