Artıq bir neçə gündür ki, dünya ölkələrində Xocalı soyqırımı anılmaqdadır. Bununla yanaşı, dövlət mətbuatlarının əsas səhifələrində bu faciə haqqında geniş məqalələr dərc olunur. Türkiyənin "Anadolu agentliyi"ndə "Qətliamın acısı unudulmadı" başlıqlı yazı çıxıb.
SİA-nın adıçəkilən agentliyin rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, yazıda Azərbaycan xalqının bu gün dərin hüznlə qeyd etdiyi Xocalı soyqırımının başvermə tarixi haqqında geniş məlumat öz əksini tapıb.
Yazının ilk cümlələri belədir: "Azərbaycan-Ermənistan arasındakı müharibədə erməni qüvvələrinin 1992-ci ildə Xocalıda 613 insanı öldürdüyü qətliamın acısı hələ də öz aktuallığını itirməyib".
Yazı ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olmaqla informasiya əldə etmək olar:
http://www.aa.com.tr/tr/manset/137300--katliamin-acisi-unutulmadi


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB