125 illik qəzetin adı dəyişdirilir

125 illik qəzetin adı dəyişdirilir

New York Times şirkəti 125 illik tarixi olan qəzetin adını dəyişəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şirkət əsas ofisi Parisdə yerləşən "İnternational Herald Tribune" qəzetinin adını dəyişdirəcəyi barədə məlumat yayıb.

Şirkət qəzetin payızdan etibarən "İnternational New York Times" adı altında dərc olunacağını və internet saytının da beynəlxalq oxucular üçün yenidən hazırlanacağını açıqlayıb.

Qeyd edək ki, xaricdə yaşayan ABŞ vətəndaşları üçün ingilis dilində nəşr olunan gündəlik qəzet olan "İnternational Herald Tribune" ilk dəfə 1887-ci ildə çap olunub. Qəzetin adı 1959-cu ildə "New York Herald Tribune" olaraq dəyişdirilmiş və 1967-ci ildə bugünkü adını almışdı. Honq Konq, Sinqapur, London, Haaqa, Mayami və Floridanın da yer aldığı 35 fərqli yerdə çap olunan qəzet 180 ölkədə satılır.

Bütün xəbərlər Facebook səhifəmizdə