Cənubi Koreya tarixində ilk dəfə qadın prezident postunu tutub. SİA-nın xarici mənbələrə istinadən verdiyi məlumata görə, Pak Kın He andiçmə mərasimində ölkənin daxili məsələləri ilə yanaşı xarici siyasətdə ən önəmli yer tutan Şimali Koreyanın nüvə proqramından da danışıb. Prezident Şimal qonşusuna xitab edərək nüvə proqramından imtina edib sülh danışıqlarına başlamağın vaxtı gəldiyini bildirib.
Məlumat üçün bildirək ki, hazırkı prezident Pak Kın He Cənubi Koreyanın keçmiş hərbi lideri, ölkəni 1961-1979-cu illər ərzində idarə etmiş Pak Çon Hinin qızıdır. Pak Kın He prezidentliyə namizədliyi veriləndə bütün seçicilərdən atasının hakimiyyəti dövründə insan haqlarının pozulduğuna görə üzr istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB