Türkiyənin İmralı həbsxanasında saxlanılan PKK lideri Abdulla Öcalanla danışıqlardan qayıdan heyət onun mesajlarını çatdırıb. SİA türk saytına istinadən xəbər verir ki, BDP-nin 3 nümayəndəsi ilə görüşündə Öcalanın məktublarında PKK-ya, Avropaya və ictimaiyyətə çağırışlar yer alıb. PKK-ya ünvanlanan məktubda terror təşkilatının nə zaman hansı addım atmasına yönəlik məsləhət və tələblər yer alıb. PKK-nı əlindəki girovlarla yaxşı davranmağa çağıran Öcalan məktubların cavablandırılması üçün 10 gün vaxt verib.
Qeyd edək ki, ötən gün Taksim meydanında hökumətin terror problemini həll etmək üçün Öcalanla başladığı müzakirələrə qarşı etiraza aksiyası keçirilib. İmralı müzakirələrinə etiraz edənlər arasında türkiyəlilərlə yanaşı, azərbaycanlılar da olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB