İranda edamlar davam edir

İranın Yəzd şəhərində 3 nəfər edam edilib. SİA-nın fars mətbuatına istinadən verdiyi xəbərə görə, məhbusların edamına səbəb narkotik qaçaqmalçılığında günahlandırılmaqları olub. Dar ağacından asılan şəxslərin adları da açıqlanıb. Beləki onlar Coka Cavid, Qulam Əlizadə və Lütfüllah Caviddir. Məhbuslar barəsində yerli məhkəmə ölüm hökmü çıxarıb və qərara əsasən Yəzdin mərkəzi həbsxanasında səhər saatlarında edam icra olunub. Onları cəsədləri isə Dehdəşt şəhərində böyük kütlənin iştirakı ilə torpağa tapşırılıb.

Qeyd edək ki, Ümid Cavid, Cəmşid Cavid və adı çəkilməyən digər qardaşlar edam olunacaqları günü gözləyir. Məlumata görə, Kohkouliyə və Boyur Əhməd həbsxanalarında 2013-cü ilin yanvarından indiyədək 20 nəfər edam edilib və mayadək daha 37 nəfər dar ağacına çəkiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə