İranın İnqilab Keşikçiləri Korpusu əsgərlərinin hərbi təlimlər aparılan sahədə pilotsuz təyyarənin vurulduğu haqda məlumatlar yayılıb. Faktı bu ölkənin rəsmi İRNA agentliyi yayıb. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, general Hamid Serhalili "Uca Peyğəmbər 8" adı ilə keçirilən hərbi təlimlərdə xarici ölkəyə aid pilotsuz təyyarəni vurduqlarını bildirib. Lakin təyyarənin hansı ölkəyə aid olduğunu barəsində fikir bildirməyib.
Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusu ölkənin şərqindəki Kirman əyalətində "Uca Peyğəmbər 8" adı ilə hərbi təlimlərə ötən gün başlayıblar. Üç gün davam edəcək manevrlərin məqsədi hərbi qüvvələrin hazırlıq vəziyyətini artırmaq və İnqilab Gözətçilərinin hərbi silahlarını sınaqdan keçirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB