Britaniyanın Virgin Group korporasiyasının sahibi, multimilyarder Riçard Brenson vəsiyyətini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünyanın ən istedadlı, ekstravaqant və məşhur milyarderlərindən biri Brenson dünyasını dəyişəndən sonra varidatının tam əksəriyyətinin inkişaf etməkdə olan ölkələrdə yaşayan yoxsullara yardım, habelə texnoloji və elmi araşdırmalara dəstək məqsədilə xeyriyyə fondlarına verilməsini vəsiyyət edib.
Məlumat üçün bildirək ki, bu hərəkatın baniləri dünyanın ən zəngin adamları siyahısında yer alan amerikalı milyarderlər Bill Geyts və Uorren Baffetdir. Giving Pledge adlı hərəkata qoşulanlar arasında Facebook-un sahibi və banisi Mark Zukerberq, məşhur kinorejissor Corc Lukas, CNN telekanalının banisi Ted Törner, rusiyalı sənaye maqnatı Vladimir Potanin və ukraynalı milyarder Viktor Pinçuk var.
Riçard Brensonun dediyinə görə, onun qərarını arvadı Coan və qızı Holli də dəstəkləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB