Bu gün Ermənistanda həlledici gündür. Dünən hakim partiya müxalifətin qərarına görə öz mitinqini təxirə salmalı olub. Bu gün isə seçkisonrası hadisələrin necə inkişaf edəcəyi məlum olacaq.
Dünən tərəfdarlarını İrəvanın Azadlıq meydanından dağılışmağa səsləyən prezidentliyə namizəd Raffi Ovanesyan sabah qələbə mitinqi keçirəcəyini bəyan edib. Bu bəyanatı o, prezident Serj Sarkisyanla təkbətək görüşdən sonra xarici ölkə nümayəndələri ilə məsləhətləşmələrdən əvvəl səsləndirib. Bu çağırışa baxmayaraq müxalifətçilərin bir hissəsi Azadlıq meydanında qalıb. Onlara artıq Raffi Ovanesyanın həyat yoldaşı və "İrs" partiyasının sədr müavini Armen Martirosyan müraciət edib. Onlar insanları qələbə nitqini eşitmək üçün sabah saat 5-də meydana toplaşmağa, indi isə təxribatlara uymamağa çağırıblar.
İndi Ermənistanda hamının diqqəti Ovanesyanla Sarkisyan arasında bağlı qapılar arxasında keçirilən görüşə yönəlib. Görüş barədə məlumat verilmədiyindən hamı xırda detalları incələyir. Müşahidəçilərin diqqətini cəlb edən məqamlardan biri görüşə gedərkən minə qədər müxalifətçinin iqamətgahın qabağında toplaşması və hüquq-mühafizə orqanlarının binanın mühafizəsini gücləndirməsi cəlb edib. Müşahidəçilərin fikrincə, hakimiyyət hələlik qarşıdurmadan yayınmağa çalışır. Buna misal kimi hakim Respublikaçılar Partiyasının müxalifətin əldə saxladığı Azadlıq meydanında mitinqi təxirə salınması göstərilir.
Lakin seçkisonrası hadisələrin məcrasından çıxacağı ehtimalı da var. Hakimiyyət və müxalifət razılığa gələ bilməsələr, Ermənistanda 2008-ci ilin mart hadisələri təkrarlana bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB