Türkiyə qırıcıları PKK düşərgələrini bombaladı. İraqın şimalında kəşfiyyat uçuşu həyata keçirən Türkiyənin pilotsuz təyyarələri dünən gecə bəzi terrorçuların əvvəllər bombalanan bölgələrə yenidən qayırdıqlarını aşkarlayıb.
Təyyarələrdən alınan görüntülər araşdırdıqdan sonra Diyarbəkirdə yerləşən Hərbi Hava Qüvvələri əməliyyata başlayıb və 8-ci qırıcı bazasında hazır gözləyən təyyarələr havaya qalxıb.
Hakkaridən keçərək İraqın şimalına uçan döyüş təyyarələri PKK-nın yerləşdiyi Kandil dağı bölgəsinə istiqamətləniblər. Təxminən 2 saat davam etdiyi bildirilən əməliyyada 8 ədəd F-16 qırıcısı iştirak edib. Təyyarələr dağda və onun ətəyində yerləşən 12 hədəfi bombalayıb. Vurulan hədəflər arasında bəzi sığınacaq və zenit batareyalarının da olduğu deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB