Ukraynanın Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Leonid Kuçmanın jurnalist Georgi Qonqadzenin ölümündə əli olduğu haqda sübutların olduğunu bildirib. Bunu baş prokurorun birinci müavini Renat Kuzmin mətbuata açıqlamasında deyib.
"Hazırda biz bütün sübutların toplanması ilə məşğuluq. Sübutlar bir dosyedə birləşdiriləndən sonra iş məhkəməyə təqdim olunacaq", - deyə Kuzmin vurğulayıb.
Xatırladırıq ki, "Ukrainskaya pravda" internet qəzetinin təsisçisi və baş redaktoru G. Qonqadze 2000-ci ildə yoxa çıxmış, bir aydan sonra isə onun cəsədi Kiyev yaxınlığındakı meşədən başı kəsilmiş vəziyyətdə tapılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB