Rusiya prezidenti və bu ölkənin Xarici İşlər Nazirliyi "Rusiya Federasiyasının xarici siyasət konsepsiyası"nı açıqlayıblar. Rusiya XİN-nin saytına istinadən anspress-in verdiyi məlumata görə, regional prioritetlərdə MDB ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Rusiyanın xarici siyasətinin əsasını təşkil edir.
Konsepsiyada Rusiyanın MDB məkanındakı münaqişələrin siyasi-diplomatik həlli üçün fəal rol oynayacağı, ələxüsus da Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2011-ci illərdə verilmiş birgə bəyanatlarında əksini tapmış prinsiplər əsasında həllinə dəstək verməyə davam etdirəcəyi bildirilir.
Bundan başqa, Rusiyanın beynəlxalq ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, terrorçuluq, transmilli cinayətkarlıq, qanunsuz miqrasiya kimi ümumi təhdid və təhlükələrə birgə cavab da daxil olmaqla, MDB ölkələri ilə qarşılıqlı surətdə təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığı dərinləşdirməyə davam edəcəyi vurğulanır. İlk növbədə Əfqanıstan ərazisindən qaynaqlanan bu təhlükələrin neytrallaşdırılması, Orta Asiya və Qafqazda sabitliyin pozulmasına yol verilməməsinə diqqət yetirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB