ABŞ İranı Xamneyi ilə "vuracaq"

ABŞ İranı Xamneyi ilə "vuracaq"

İranın dini lideri Ayətullah Xamneyinin atom bombasının haram olması barədə səsləndirdiyi fikirlər ABŞ-ı hərəkətə keçirib. SİA-nın məlumatına görə, səsləndirilən fitvadan istifadə edən Amerika BMT-yə müraciət edərək Ayətulah Xamneyinin fitvasının rəsmi sənəd kimi qəbul edilməsinə çağıracaq.

Məlumata görə, İranın ali dini rəhbərinin çıxışından istifadə etmək niyyətində olan Amerika bu fitvanın BMT tərəfindən dəstəklənməsi və beləliklə də İrana atom bombası hazırlanması üçün yasaq qoyulması kimi nəticəyə nail olmağa çalışır. Ancaq İsrail tərəfdən Amerikanın bu addımı mənfi qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə