Müsəlman şəhəri bombalandı

Taylandın cənubundakı müsəlman şəhərində, Patanidə bomba partladılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə böyük bir supermarketin girişində bombalanmış avtomobilin partladılması nəticəsində baş verib. Partlayış nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb. Hadisəni heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, ölkədə keçən həftə də Narathivat bölgəsinin Baço ilçəsindəki hərbi bazaya edilən silahlı basqında 18 nəfər üsyançı öldürülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə