NASA “dünyanın sonunu” canlı yayımlayacaq MARAQLI

NASA “dünyanın sonunu” canlı yayımlayacaq MARAQLI

NASA "2012 DA14" asteroidinin yerlə yaxınlaşmasını canlı efirdə yayımlayacaq.SİA-nın rusiya mətbuatına istinadən xəbər verir ki, bu fəza cismi planetimizə maksimum dərəcədə yaxınlaşacaq. Daha dəqiq desək, 15 fevral günü yerli vaxtla 14:20 radələrində (Bakı vaxtı ilə saat 23:20) "2012DA14" adlı asteroid Yerə 27358 km məsafədə yaxın olacaq.

"Kosmik səyyah"ı Avstraliyada olan rəsədxanalar və ABŞ-ın Alabama ştatındakı Marşall adına kosmik mərkəzdəki teleskop müşahidə edəcək. Bloqqerlər astronomik görüşü şərti olaraq, "dünyanın sonunun məşqləri" adlandırıblar.

Statistikaya görə, oxşar ölçüləri olan və analoji məsafədən keçən asteroidlər Yerə 40 ildən bir yaxınlaşırlar və bu kimi kosmik obyektlərin Yerlə toqquşması isə 1200 ildən bir baş verir.

Bütün xəbərlər Facebook səhifəmizdə