"İranla diplomatiya heç bir nəticə verməyəcək"
Libermandan İran açıqlaması

İsrailin baş naziri Benjamin Netanyahunun güclü tərəfdaşı, keçmiş xarici işlər naziri Avigdor Lieberman bildirib ki, sanksiyalar və danışıqlar İranın mübahisəli nüvə proqramından əl çəkməsinə mane olmayacaq.

Keçmiş nazir söyləyib ki, Şimali Koreyanın nüvə sınağı diplomatiyanın iflasa uğramasının bariz nümunəsidir. "Sanksiya və danışıqların İranı dayandıracağını fikirləşənlər səhv edirlər" - Avigdor Lieberman əlavə edib.

İsrailin baş naziri Binyamin Netanyahu İranın nüvə obyektlərinə zərbənin mümkün olduğuna işarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə