Əfqanıstandakı amerika ordusu geri çağırılmalıdır

Barak Obama Amerika konqresində çıxış edib
Əfqanıstandakı amerika ordusu geri çağırılmalıdır

Amerika prezidenti Barak Obama Amerika konqresində çıxış edib. Bu, onun ikinci dəfə prezident seçilməyindən sonra konqresdə ilk çıxışıdır. Çıxış zamanı B.Obama bir sıra məsələlərə toxunub. Prezident qeyd edib ki, bu il daha çox iş yerləri açmaq, ABŞ iqtisadiyyatını daha da inkişaf etdirmək, sosial layihələr hazırlamaq lazımdır, bununla iqtisadi cinayətkarlıqla bağlı məsələ də həllini tapmalıdır. B.Obama onu da əlavə edib ki, Əfqanıstan ərazisindən yerləşən ordular çıxarılmalıdır.

Onun sözlərinə görə, bir il ərzində 34 min amerikalı əsgərƏfqanıstandan geri çağırılıb;"Bu, təxminən yerləşdirilən ordunun yarısı deməkdir. 2014-cü ilin sonlarına kimi ordunun hamısı çıxarılacaq" Obama çıxışında təhlükəli silahlarla, terorizmlə bağlı mübarizənin də davamlı olacağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə