Vatikana kim rəhbərlik edəcək?

Vatikana kim rəhbərlik edəcək?

Roma papası 16-cı Benediktin sürpriz şəkildə istefa verməsindən sonra, bütün diqqətlər Vatikana bundan sonra kimin rəhbərlik edəcəyinə yönəlib. Artıq Vatikana rəhbərlik etmək üçün 10-a yaxın namizədin adı sadalansa da, Böyük Britaniyanın Qardiyan qəzeti 3 potensial Roma papasının adını açıqlayıb. Həmin 3 namizəddən ikisinin afrikalı kardinallar olması diqqət çəkir.

Benedikti əvəz etmək üçün ən çox şans Nigeriyalı Fransis Arinzeyə tanınır. Onu qanalı Peter Törkson və Kanadalı Mark Kela izləyir. Onu da qeyd edək ki, artıq bukmekerlər də Vatikanın növbəti papasının kim olacağı ilə bağlı mərclərə start verib.

Arinze üçün mərcə gələnlər - 2 qat, kardinal Törkson tərəfdarları 4 qat, kanadalı kardinala dəstək verənlər isə 3 qat artıq məvacib qazacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə