ABŞ-da məhkəmə binası atəşə tutuldu, 3 nəfər öldü

Amerika Birləşmiş Ştatları odlu silah gəzdirmək haqqında konstitusiya hüququnun nəticələrini aydınlaşdırmağa davam edir. Çünki ictimai yerdə daha bir atışma faciəvi sonluqla nəticələnib. Bu dəfə atəş məhkəmə binasına açılıb.

ABŞ-ın Uilminqton şəhərində naməlum cinayətkar məhkəmə idarəsinin yerləşdiyi binaya atəş açıb. Yerli polisin məlumatına görə, o, iki qadını qətlə yetirib. Cinayətkarın özü də hadisə yerində ölüb.

Şəhər merinin sözlərinə görə, öldürülən qadınlardan biri elə cinayətkarın həyat yoldaşı olub. Mer, həmçinin, bildirib ki, atışma zamanı üç nəfər xəsarət alıb.

Hadisədən sonra mühasirəyə alınmış məhkəmə binasında olanlar evakuasiya edilib. Hazırda hüquq-mühafizə orqanları faciəli insidentin bütün səbəblərini araşdırır. palitranews.az

Bütün xəbərlər Facebook səhifəmizdə