Mədəndə güclü partlayış

Rusiyanın şimal-qərbindəki Komi əyalətində mədənlərdən birində partlayış olub. SİA-nın xəbərinə görə, hadisə nəticəsində 18 nəfər dağıntıların altında qalıb. Rusiya fövqəladə hallar nazirliyinin rəsmisi Alanila Smirnh partlayışla əlaqədar mətbuata açıqlamasında bildirib ki, "Vorkutinskaya" mədənindəki partlayışda ilkin ehtimallara görə mədənin 22 işçisindən 18-i dağıntılar altında qalıb: "Digər 4 nəfər isə özləri dağıntıların altından çıxmağa müvəffəq olublar. 18 nəfər üçün xilas etmə işləri davam etdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə