BMT-nin Əfqanıstan hesabatına görə, son 4 ildə bu ölkədə NATO əməliyyatları nəticəsində səhvən 110 uşaq ölüb. SİA-nın məlumatına görə, hesabatda, 70 uşağın da hərbi əməiyyatlarda müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilib.
Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) isə 2012-ci ildə Əfqanıstanda hərbi əməliyyatlar nəticəsində meydana gələn uşaq ölümlərinin 40 faiz azaldığını bildirib.
Qeyd edək ki, Əfqanıstanda fəaliyyət göstərən NATO-ya bağlı hərbi kontingentlərin əməliyyatlar vaxtı mülki əhalini vurması və uşaq ölümləri ölkədə mübahisələrə səbəb olur. Bu vəziyyət vaxtaşırı rəsmi Kabulla Vaşinqton arasındakı münasibətlərdə gərginlik yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB