YouTube qadağan olundu

Misir məhkəməsi dünən YouTube videoportalına girişin bir ay müddətinə bağlanması barədə qərar qəbul edib. SİA-nın "Röyters"ə istinadən verdiyi xəbərə görə, buna səbəb portalda "Müsəlmanların məsumluğu" filminin yerləşdirilməsi olub.

Məhkəmənin YouTube videoportalına blok qoyulması barədə qərarı rabitə nazirliyinə təqdim edilib.

Anti-islam xarakterli "Müsəlmanların məsumluğu" filminin YouTube videoportalında yerləşdirilməsi onlarla müsəlman ölkəsində kəskin etirazlara səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə