Valideynlər fiziki qüsurlu qızlarını hündürlüyü 1,5 metr, eni isə 60 santimetr olan taxta qəfəsə həbs edib. SİA-nın xəbərinə görə, amerikalı qadın sevgilisi ilə birgə övladlığa götürdüyü 8 yaşlı qızlarını qəfəsə saldıqdan sonra kinoya baxmağa gedib. Ana Sindinin keçmiş həyat yoldaşının mənzilə gəlməsi cinayətin üzə çıxmasına səbəb olub. Nyu Mexiko əyalətində yaşayan Sindi Patriarkias ilə Edmond Qonzales valideynlik vəzifələrini yerinə yetirmədikləri üçün həbs olunublar. Sindi uşaq istismarı, Qonzales isə uşaq istismarına kömək etməkdə günahlandırılıb.
Həmçinin məhkəmənin qərarına görə, 8 yaşlı qız və cütlüyün digər 3 uşağı ailədən alınaraq dövlət himayəsinə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB