Amerikanın keçmiş polis məmuru Kristofer Cordan Dorner işdən qovulmasını səbəb göstərərək 4 günlük fasilə ilə 3 nəfəri öldürüb. SİA-nın məlumatına görə, qatilin arxasınca düşən polislər isə Dornerin mindiyi avtobusa atəş açmaları nəticəsində 2 nəfəri öldürüblər.
Polislər Dornerin silahlı və təhlükəli olması barədə xalqı xəbərdar edib. Onlar bildiriblər ki, Dorner 2008-ci ildə həmkarına şiddət tətbiq etməkdə günahlandırılıb və işdən qovulub. İntiqam alacağına and içən qatil işini itirməsinə səbəb olanları öldürəcəyini deyib. Təxminən 4 il sonra andına "sadiq" qalan Dorner ötən bazar onu işdən qovan nazirin vəkilini və nişanlısını öldürüb.
Bu hadisədən 4 gün sonra isə o, fərqli yerlərdə 4 polis məmuruna hücum edib. Dornerin hücumu nəticəsində polislərdən biri həyatını itirib, digər üçü isə yaralanıb. Yaralı polislərdən birinin vəziyyətinin ağır olduğu bildirilib.
Polislər Dornerin facebookdakı hesabında belə bir statusla qarşılaşıblar: "Mən "polis" adımı geri alana və ədalət yerini tapana qədər qətl hadisələrinin sonu gəlməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB