Azərbaycanlılar Sankt-Peterburqdan deportasiya ediləcək

Azərbaycanlılar Sankt-Peterburqdan deportasiya ediləcək

Sankt-Peterburq bazarında radikal islamçılara qarşı keçirilən reyd zamanı saxlanılan 271 nəfər arasında azərbaycanlılar da var. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Rusiya mətbuatı yayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılanların arasında Azərbaycan, Tacikistan, Şimalı Qafqaz, Misir və Əfqanıstan vətəndaşları var. 10 nəfərin sənədi saxta, 20 nəfərinin sənədi isə ümumiyyətlə, yoxdur. Saxlanılanları ölkədən deportasiya gözləyir.

Məlumat üçün bildirək ki, bazarda reyd dünən keçirilib və radikal islamçı qruplaşmanın üzvləri hesab edilən yüzlərlə şəxs saxlanılıb. Onların "Peterburq camaatı" adlı radikal qruplaşma yaratdıqları bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə