ABŞ ordusunun Səudiyyə Ərəbistanında gizli hərbi bazası fəaliyyət göstərir. SİA-nın məlumata görə, bu barədə ictimaiyyətə "Wired" jurnalı məlumat yayıb. Verilən məumata görə, Amerika Müdafiə Nazirliyinin Səudiyyə Ərəbistanında hərbi bazasının olmasını təsdiq edəcək peyk görüntüləri də mövcuddur.
Qeyd edək ki, peyk görüntüləri zamanı aşkar olunan hərbi bazadan Amerikanın pilotsuz təyyarələri istifadə edir. Yaşayış məntəqəsindəndən xeyli aralıda inşa edilən baza səhrada yerləşdiyi üçün bu günə kimi gizli qalmağı bacarıb. "Microsoftun Bing Maps" xidməti də təqdim etdiyi peyk fotoşəkillərində adi halda görülməsi qeyri-mümkün olan bazanın səhrada yerləşdiyini təsdiqləyir. "Google"nin peyk fotoşəkillərində görünməyən baza, uzaqdan baxıldığında qum təpələriylə hörülmüş əraziyə oxşayır.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB