ABŞ əsgərləri yüzlərlə azyaşlı öldürüb

Bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat verib
ABŞ əsgərləri yüzlərlə azyaşlı öldürüb

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ hərbçilərinin Əfqanıstanda keçirdiyi əməliyyatlar zamanı yüzlərlə azyaşlını qətlə yetirdiyini açıqlayıb. SİA-nın məlumatına görə, bu barədə BMT-nin Uşaq Haqqları Komitəsi hesabat hazırlayıb. 1 fevral tarixindən ictimaiyyətə təqdim edilən hesabatda göstərilib ki, Əfqanıstanda silahlı qarşıdurmalar və partlayışlar zamanı həlak olan azyaşlıların sayı 2010-cu illə müqayisədə 2011-ci ildə iki dəfə artıb.

Qeyd edək ki, BMT ötən ilin aprelində yaydığı hesabatda açıqlamışdı ki, NATO qoşunları tərəfindən təşkil edilən avia hücumlarda 2011-ci ildə 110 uşaq dünyasını dəyişib, 68 azyaşlı isə yaralanıb. UNICEF isə 2011-ci ildə bu ölkədə baş verən qarşıdurmalarda ümumilikdə 1756 uşağın həyatını itirdiyini, 2010-cu ildə isə 1396 azyaşlının qurbana çevrildiyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə