İndi də “Nemo” fəlakəti gəlir

ABŞ-a yağan qar hələ də öz təsirini itirməyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, artıq 2 gündür ki, Nyu York və Nyu Cersi ştatlarında məktəblər bağlanıb. İnsanlar marketlərin qarşısında ərzaq almaq üçün növbə tuturlar.

Ötən ilin sonunda Amerikanın şərq sahillərində baş verən Sendi qasırğasından sonra indi də amerkanları ''Nemo'' adlı fəlakət gözləyir. Nyu York və Nyu Cersi də məcbur olmadıqda şəhərə çıxmamaları üçün insanlara xəbərdarlıq edilib. Bir neçə gün isə orta məktəblərdə və liseylərdə günortadan sonra dərslər keçirilməyəcək. Nyu Yorkda metro işləsədə qatar səfərləri təxirə salınıb. Həmçinin Nyu York və Nyu Cersi ştatlarındakı aerodromlarda da təyyarə reysləri təxirə salınıb.

Nyu York bələdiyyə başçısı Michael Bloomberg xalqa bələdiyyənin internet səhifəsini tez-tez izləmələri barəsində xəbərdar edib. Səbəb isə hansı yolların bağlı olduğunü insanların diqqətinə çatdırmaqdır. Bələdiyyə anbarlarında 250 min ton duzu olduğunu deyən Bloomberg heç bir narahatlığa əsas olmadığını bildirib.

Amerikanın şərq ştatlarında iki gün ərzində davam edəcək qar fırtınasının sürətinin saatda 80 kilometrə çatacağı və bəzi bölgələrdə elektrik kəsilmələrinin olacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə