Polislər fəhlənin gözünü çıxarıblar

Hadisə Strasburqda keçirilən etiraz aksiyasında baş verib
Polislər fəhlənin gözünü çıxarıblar

Fransız polisləri dünən Strasburqda Avropa Parlamentinin binası qarşısında keçirilən etiraz aksiyasında iştirak etmək üçün Belçikadan gəlmiş 24 yaşlı metallurqun gözünü çıxarıblar. SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yazır.

Qeyd edək ki, çərşənbə günü Elzas paytaxtında dünyada ən iri "ArcelorMittal" metallurgiya konserninin Avropadakı bəzi zavodlarını bağlanmaq haqqında qərara etiraz etmək üçün Fransa, Lüksemburq və Belçikadan gələn 1,5 minə yaxın fəhlə toplaşıb. Bu qərar nəticəsində Belçikada 1,3 min fəhlə işdən qovulmaq təhlükəsi ilə üzləşib.

Həmkarlar İttifaqı liderinin sözlərinə görə, aksiya iştirakçıları özlərini tamamilə dinc aparırdılar. Lakin asayiş qüvvələri metallurqları qovmaq üçün dəyənəklər, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər.

"Strasburqda bizi terrorçu kimi qarşıladılar", - belçikalı metallurqların həmkarlar ittifaqının rəhbəri jurnalistlərə şikayətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə