Obamaya məsləhət verdilər ki...

"Freedom House" şirkətinin ekspertləri hesab edir ki, ABŞ-ın Rusiya ilə münasibətlərini hər hansı formada dəyişməsinə ehtiyac yoxdur. SİA-nın xəbərinə görə, ekspertlər bildiriblər ki, Obama bu günə kimi apardığı siyasətdən imtina etməməli və Vladmir Putinlə "soyuq tonda" danışmağa davam etməlidir. Avropada "Raketdən Müdafiə Sistemi" layihəsi Amerikaya heçnə verməyəcək. Səbəb isə Rusiyanın da çox ağllı olması və Amerikanın bu layihəsinə "hə" deməməsi olacaq.

Məktubda həmçinin Rusiyada hakimiyyətin cəmi bir adamın əlində cəmləşdiyi də xüsusi vurğulanır. "İndi Rusiyada hər şey Vladimir Putinin əlindədir. Əgər ona bir şey olsa, bütün sistem çökəcək. Halbuki ölkə bir adamın əlində cəmlənməli deyil".

Qeyd edək ki, Obama administrasiyası isə hələ ki, məktuba heç bir cavab verməyib. Ancaq ABŞ hökuməti Rusiyada bir nəfərə diqqət ayırmaq fikrində də deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə