Şimali Koreya bu dəfə "ağ" elədi

Şimali Koreya bu dəfə "ağ" elədi

Şimali Koreyanın "YouTube" sosial şəbəkəsində yayımladığı təbliğat xarakterli videoda mərmi hücumları nəticəsində dağılmış və yandırılmış ABŞ alovlar içində göstərilib. SİA-nın məlumatına görə, ABŞ videonun təbliğat xarakterli olduğunu deyib və bunu Şimali Koreyanın yaxın zamanda keçirməyi planlaşdırdığı nüvə sınağının internet versiyasının nümayişi kimi qiymətləndirib.

Qeyd edək ki, ötən həftənin istirahət günlərində Şimali Koreyanın rəsmi internet saytı "Uriminzokkiri" tərəfindən "YouTube"də paylaşılan video daha sonra sosial şəbəkədən geri götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə