Meksikada narkotik mafiyası tərəfindən polisə qurulan tələ nəticəsində 9 polis ölüb
Meksikada 9 polis öldürülüb
Meksikanın cənubundakı Apaxtla de Kastrejon bölgəsində silahlı qruplar polisə tələ qurublar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 9 polis əməkdaşı öldürülüb. Əyalət rəsmiləri bildirib ki, 9 polis silahlı qrup tərəfindən öldürülüb, 1 polis yaralanıb. Qeyd edək ki, Meksikada son 6 ildə 70 mindən çox adam narkotik şəbəkələrinin törətdiyi cinayətlərin qurbanı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə