Kosmosdan başqa bir meymunun "qayıtması" barədə söz-söhbətlər tamamilə absurddur. Bu barədə İranın Rusiyadakı səfiri Mahmud Rza Sədcədi bildirib.
"Əgər mən də amerikalı olsaydım, belə nağıllar uydurardım. Onlar əvvəllər bizim atom elektrik stansiyası barədə də deyirdilər ki, guya bu olduqca qəliz texnoloji prosesdir və İran bunu bacarmaz, amma layihə artıq hazırdır", – o əlavə edib.
O qeyd edib ki, əgər amerikalılar İranın kosmosa meymun göndərməyinə inanmırlarsa, qoy gəlib həmin meymundan müsahibə götürsünlər.
Səfirin sözlərinə görə, kosmosa canlı göndərilməsi İran İslam Respublikasının müstəqilliyini təsdiq edir.
"İran regionun ən güclü dövlətidir. Biz indi yüksək texnologiyalar istiqamətində hərəkət edirik", – o vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB