Rusiya ABŞ-dan ət idxalını dayandırır

Səbəb ət və ət məhsullarında raktopamin adlanan maddənin aşkarlanmasıdır
Rusiya ABŞ-dan ət idxalını dayandırır

Rusiya fevralın 11-dən etibarən ABŞ-dan ət və ət məhsullarının idxalını müvəqqəti olaraq dayandıracaq.

Rusiya Kənd Təsərrüfatına Nəzarət İdarəsindən verilən açıqlamaya görə, qərarın qəbul edilməsinə ABŞ-dan gələn ət və ət məhsullarında raktopamin maddəsinin olması səbəb olub. İdarə rəsmisi Aleksey Alekseyenko idxal edilən mal və donuz ətidə tapılan raktopamin maddəsinə görə ABŞ, Kanada, Meksika, Braziliya və Avstraliyaya xəbərdarlıq etdiklərini söyləyib. Alekseyenko qeyd edib ki, digər ölkələr təmiz ət idxalı tələbini müsbət qarşılasalar da ABŞ rəsmiləri heç bir təminat verməyiblər.

Açıqlamada heyvanlarda əzələ formalaşması səbəbilə istifadə edilən raktopaminin qalıqlarına hindi ətində də rast gəlindiyi, bu səbəbdən hindi ətinin də qadağan ediləcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə