Prezidentə ayaqqabı atan həbs olunub

Prezidentə ayaqqabı atan həbs olunub

İranın prezidenti Mahmud Əhmədnejada ayaqqabı atan 4 nəfər Misir təhlükəsizlik xidməti tərəfindən tutulub. SİA-nın xarici mətbuata əsasən verdiyi xəbərə görə, biri suriyalı olmaqla tutulan şəxslər mühafizəkar sünni-sələfi məzhəbinə aid olublar. Tutulanlardan biri şiə məzhəbli Əhmədinejada ayaqqabı atıb.

Qeyd edək ki, sünni müsəlman qruplarının çoxu İran prezidentinin Misirə səfər etməsinə qarşı çıxıb. Onlar Misir hakimiyyətini İran prezidentinin dini yerlərə səfərinə mane olmağa çağırıb. Əhmədinejad Əl-Hüseyn məscidində dua etdikdən sonra sünni islamçı alim Əl-Əzhərlə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə