Prezidentlik tarixində ilk səfər

Prezidentlik tarixində ilk səfər

Ağ Evin spikeri Con Berney keçirdiyi mətbuat konfransında ABŞ-ın prezidenti Barak Obamanın ölkəyə ikinci dəfə başçılıq etdiyi dövrdə ilk səfərinin İsrailə olacağını deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, görüşün nə vaxt olacağını dəqiq deməyən Karney səfərin yaz aylarında olacağını və iki ölkə arasındakı müsbət münasibətlərin yenidən təsdiqlənməsi sahəsində fürsət yaratdığını qeyd edib: "Səfər çərçivəsində Obama və Netanyahu İran və Suriya məsələləri kimi bir çox ortaq mövzuları müzakirə edəcəklər. Həmçinin prezident İsraildən sonra Qərbi Şəriyəyə və İordaniyaya ziyarət edəcək".

Qeyd edək ki, Obamanın ilk prezidentliyi dövründə İsrailə səfəri olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə